Torresin taleyi baş məşqçidən asılıdır

15:44 - 28 Noyabr 2013

"Rəvan" hazırlıqlarını davam etdirir
 
"Rəvan”  Premyer Liqanın 15-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda cümə günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı davam etdirir.
 
Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar” Kristian Torresin ümumi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək.
Baş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb.

Xəbər xətti