"Qarabağ"ın qapıçısı:"Debüt oyunumda üzüldüm" MÜSAHİBƏ

17:07 - 28 Noyabr 2013

"Rəvan" da bir xalı çox istəyirdi, onlar meydanın hər qarışında top üçün vuruşurdular"
 
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Sehiçin  Sportal.az-a müsahibəsi:
 
- "Qarabağ"da işlərin necə gedir?
- Hər şey yaxşıdır,  təzə gəlməyimə baxmayaraq, komandaya demək olar ki, uyğunlaşmışam və "Qarabağ"ın çox mehriban kollektivi var, mən də belə bir yerdə olduğum üçün xoşbəxtəm.
 
- "Rəvan"la oyun haqqında danışardın...
- Bilmirəm bu oyun haqqında nə deyim?. Oyun boyu biz hücum etdik və qol vurmaq üçün 100 faizlik epizodarımız oldu, ancaq top qapıya girmədi. "Rəvan" da bir xalı çox istəyirdi, onlar meydanın hər qarışında top üçün vuruşurdular. Bu futboldur hər şey ola bilər. Artıq bu oyunu yaddan çıxardıb  irəlidəki oyunlara baxmaq lazımdır.
 
- "Qarabağ"da debüt etdin. Nə hisslər keçirdin?
- Mən baş məşqçi tərəfindən şans gözləyirdim, "Rəvan"la oyunda meydana çıxdım. Debüt oyunum olmasına baxmayaraq, üzgünəm. Çünki komandamız qələbə qazana bilmədi. Çox istəyirdik, qələbə qazanaq amma alınmadı. Digər tərəfdən bu oyun mənim üçün pis keçmədi, çünki qapıçı üçün ən öməmli şey qol buraxmamaq idi, mən də buraxmadım.
 
- Əsas heyətdə yerini daimi edə biləcəksənmi?
- Mən inanıram ki,  çərçivəni daimi qoruyacam. Mən də buraya oynayıb "Qarabağ"a kömək etməyə gəlişəm. Həm məşqdə, həm də oyunlarda əlimdən gələnin 100 faizini edəcəm və etməliyəm də. Çünki bu mənim peşəmdir. Mən digər qapıçılarla da rəqabət aparmaqdan qorxmuram.
 
- Komandanız hal-hazırda birinci pillədədir. Bu liderliyi sona qədər qoruya biləcəksinizmi?
- İndi çempionluq haqda danışmaq üçün tezdir, çünki qarşıda 20-dən çox oyunumuz var. Ancaq komandanın ilk hədəfi çempionluqdu. Bunun üçün ilk olaraq biz çalışmalıyıq ki, ilk dövrəni lider tamamlayaq. Hal-hazırda bir xal fərq var ikinci yerlə aramızda. Biz çalışacağıq ki, qış fasiləsinə kimi bu fərqi artıraq və liderliyimiz qoruyaq.
 
Yusif HÜSEYN

Xəbər xətti