"Qalatasaray"a karyeramın ən gözəl qollarından birini vurdum"

11:46 - 29 Noyabr 2013

Beyl:Məşqlərdə həmişə cərimə zərbələri üzərində çalışıram"
 
“Bir nəfər əksik oynamağımıza baxmayaraq, meydanda can qoyub, komanda ruhunu nümayiş etdirdik. ÇL-də edəcəklərimizin sərhəddi yoxdu. Kuboku qazanmaq üçün çox şansımız var". 
 
Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsində doğma meydanda "Qalatasaray"ı məğlub edən (4:1) "Real"ın ulduz futbolçusu Qaret Beyl deyib.
 
Sözügedən matçda ilk qolu vuran təcrübəli yarımmüdafiəçi mətbuata açıqlamasında daha sonra bunları deyib:
 
"Həmin oyunda həm qol vurduğum, həm də qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Məşqlərdə həmişə cərimə zərbələri üzərində çalışıram. “Qalatasaray"a karyeramın ən gözəl qollarından birini vurdum”.

Xəbər xətti