Şahin Diniyev komandasını son məşqə çıxardı

12:40 - 29 Noyabr 2013

"Rəvan" oyun saatını gözləyir
 
Premyer Liqanın 15-ci turunda "Qəbələ”ni qəbul edəcək "Rəvan" dünən son məşqini edib və oyuna hazırlığı bitirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan məşq "Bayıl Arena”da keçirilib. Futbolçular isinmə hərəkətlərindən sonra yüngül məşqlə kifayətlənib. Oyunçularını dar sahədə ötürmələr üzərində çalışdırdıqdan sonra baş məşqçi ənənəvi "kvadratlar”a və qapıya zərbələrə də vaxt ayırıb.
 
Qeyd edək ki, "Rəvan” – "Qəbələ” oyunu bu gün saat 19:00-da başlayacaq. "Bayıl” stadionunda keçiriləcək qarşılaşma "İdmaz Azərbaycan” telekanalı vasitəsi ilə də canlı yayımlanacaq.

Xəbər xətti