"Toşak nə Ramin Musayevi, nə də Xəqani Məmmədovu tanıyırdı, ona görə..." VİDEO

13:50 - 29 Noyabr 2013

"TOP TOP" verilisinin növbəti buraxılışı
 
Azərbaycan teleməkanında yeni futbol proqramı "TOP TOP" üçüncü buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
 
Sportal.az xəbər verir ki, "TOP TOP"un bu sayı da Azərbaycan və dünya futbolunda baş verən ən maraqlı futbol hadisələrinə həsr olunub. Proqramın bu dəfəki qonaqları  Azərbaycan futbolunun canlı əfsanəsi, İspaniya, Portuqaliya və Rusiyada futbolçu kimi legioner həyatı yaşamış Vəli Qasımov, "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün, futbol azarkeşi, ürəyi hər zaman "Xəzər Lənkəran"la döyünən Aydın Lətifov və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da  Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Premyer Liqanın oyunları barədə söhbət açılıb. "İnter" - "Neftçi" qarşılaşmasında baş verən neqativ hallardan danışılıb və "Xəzər Lənkəran"da məşqçi dəyişikliyi müzakirə edilib. Con Toşakın istefasından danışan "Komanda" qəzetinin baş redaktoru Rəşad Ergün maraq doğuracaq bir çox məqamlara toxunub.
 
 Verilişdə həmçinin "Araz" klubunun futzal üzrə Avropanın ən nüfuzlu yarışındakı uğurlarına toxunulub.  Bir sözlə teleməkanda yeni maraqlı futbol proqramı bu dəfə də qızğın müzakirələrlə yadda qalıb . Qeyd edək ki, "Top-top"un canlı efirə getdiyi "CHATBOX" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır. Proqramın videoyazısını təqdim edirik:
 

Xəbər xətti