"Qarabağ" Zaqatalaya yola düşdü

16:27 - 29 Noyabr 2013

Komandada ciddi bir itki yoxdur
 
Sabah "Simurq"la qarşılaşacaq "Qarabağ" artıq Zaqatalaya yola düşüb. 
 
Sportal.az xəbər verir ki, "ağ-göylər"in heyətində ciddi bir  itki yoxdur,  yeganə itki Admir Telinin olmamasıdır, onun oyunda forma geyinməməsi dəqiqləşib.
 
Ağdam təmsilçisi sabah Zaqatalada oyun qabağı son məşqinə çıxacaq.
 
Bu barədə saytımıza "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Xəbər xətti