Azərbaycan futbolu indi də hollandlara xidmət edəcək

16:40 - 29 Noyabr 2013

Almanlar gedir, hollandlar gəlir
 
5 il bundan öncə Azərbaycan futboluna almanlar ayaq açdılar. Oliver Pilzer, Nikolay Adam, Olef Yansen, Bernard Lippert, Uli Ştayn, Berti Foqts və adlarını çəkmədiyimiz digərləri bu illər ərzində müxtəlif milli komandalarımızda çalışdılar. Amma ciddi şəkildə fayda vermədilər.
 
 
Sportal.az xəbər verir ki, Almanların gəlişi ilə futbolumuzda sadəcə bir qədər canlanma hiss olundu, əsas iş isə həyata keçirilmədi. Bütün bunları nəzərə alan AFFA indi də futbolumuzdan almanları təmizləməyə qərar verib. Etibarlı mənbədən verilən məlumata görə, almanlar Azərbaycanda son günlərini yaşayırlar.
Xüsusən də, aşağı yaş qruplarında alman dövrünə son qoyulacaq. Bundan əlavə, AFFA-nın texniki departamentində yer alan almanlara da əlvida deyiləcək. Sadəcə, Berti Foqtsla bağlı yekun qərar hələ verilməyib.
Almanların əvəzinə isə Azərbaycana Hollandiyadan mütəxəssislər dəvət olunacaq. Daha doğrusu artıq dəvət olunub da. Azərbaycandakı şəraitlə tanış olan mütəxəssislər növbəti səfər zamanı müqaviləyə qol çəkəcəklər.
 
futbol11.az

Xəbər xətti