"Neftçi" hələlik "Sumqayıt"a icazə vermir

18:20 - 29 Noyabr 2013

Gündüz Abbaszadə:"Bu, oyun vaxtına kimi dəyişə bilər"
 
Bildiyimiz kimi, "Neftçi"nin 4 futbolçusu - Ruslan Qurbanov, Slavik Alxasov,Kərim Diniyev, Elşən Abdullayev, icarə əsasında "Sumqayıt"da çıxış edirlər. Bu futbolçuların müqaviləsində belə bir bənd var ki, əgər "Neftçi" rəhbərliyi icazə verməsə, bu futbolçular "Neftçi"yə qarşı forma geyinə bilməzlər.
 
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlamasında "Neftçi" tərəfin hələlik bu futbolçuların oynamaqlarına icazə verməyib.
 
"Bildiyiniz kimi, heyətimizdə ciddi itkilər var. Flavinyo, Denis Silva və Mahir Şükürov forma geyinə bilməyəcəklər. Ona görə işimiz çətinləşib. Müqaviləmizdə də belə bir bənd var ki, bizim icazəmiz olmadan onlar forma geyinə bilməyəcəklər. Biz də hələlik bu futbolçuların oynamağına icazə verməmişik, ancaq oyun saatına kimi bu qərar dəyişə bilər"

Xəbər xətti