Syomin:"Buna görə də çoxlu top itirdik"

21:42 - 29 Noyabr 2013

"Alınan nəticədən razıyam"
 
“İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 15-ci turunda "Rəvan"la oyundan (1:0) sonra deyib.
 
Rusiyalı mütəxəssis futbolçuları Dodo və Assisin bu matçdakı çıxışı haqda da danışıb: "Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi”.

Xəbər xətti