"Real"ın futbolçusu "Barsa" yolunda

23:46 - 29 Noyabr 2013

Ramos klubundan ayrılır
 
İspaniya futbol nəşrlərində 2005-2006-cı il mövsümündən bəri "Real"ın heyətində 17 dəfə qırmızı vərəqə alaraq oyundan qovulan ispan futbolçusu Ramosunklubdan ayrılacağı ilə bağlı iddialar yayılmağa başlayıb.
 
Sportal.az xəbər verir ki, qiyməti 65 milyon avro olaraq qeyd edilən ulduz müdafiəçinin bu məbləğ müqabilində hətta "Barselona"ya keçməsinə də imkan veriləcək.
 
İspan jurnalistlərə görə hazırda Ramosun baş məşqçi Karlo Ançelottiylə münasibətləri də qaydasında deyil.

Xəbər xətti