"Sumqayıt" qışda 4 futbolçusu ilə vidalaşacaq

00:03 - 30 Noyabr 2013

"Neftçi" oyunçularını geri çağırır
 
Bildiyimiz kimi, "Neftçi"nin 4 futbolçusu Elşən Abdullayev, Kərim Diniyev, Slavik Alxasov və Ruslan Qurbanov icarə əsasında "Sumqayıt"da çıxış edir.
 
Yay transfer pəncərəsində bir il müddətinə icarəyə verilən futbolçuların müqaviləsində "Neftçi" tərəfi belə bir bənd qoyub ki, əgər klub istəsə futbolçularını geri çağıra bilər.
 
"Ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a verdiyi açıqlamasında  bu futbolçuların qış transfer pəcərəsində "Neftçi"yə qayıdacağını bildirib:
 
"Hər 4 futbolçumuz baş məqşçi Nazim Süleymanovun istəyi ilə yenidən komandaya qayıdacaq və komanda ilə birlikdə toplanışlara qatılacaq. Daha sonra baş məşqçinin qərarı ilə hansı futbolçuların saxlanılacağına qərar veriləcək"
 
 

Xəbər xətti