"Neftçi" bu xəbərlə çökdü

09:01 - 30 Noyabr 2013

"Ağ-qaralar"da daha bir zədəli
 
Bu gün "Sumqayıt"la qarşılaşacaq "Neftçi" daha bir ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Melvin Platyenin də xidmətindən məhrum olub.
 
Buna səbəb hollandiyalı hücumçunun mədə-bağırsaq sistemində problem yaranmasıdı. Baş məşqçi Nazim Süleymanovun onu meydana buraxmayacağı bildirilir.
 
Komandanın aparıcı üzvlərindən olan Flavinyo qırmızı vərəqə səbəbindən, Denis Silva AFFA İntizam Komitəsi tərəfindən cəzalandırıldığından, Mahir Şükürov isə sarı vərəqə limitini doldurduğundan "Sumqayıt"la matçı buraxacaq.

Xəbər xətti