"Simurq" - "Qarabağ" matçında hesab açılmadı YENİLƏNİB

18:54 - 30 Noyabr 2013

Bu gün 15-ci tura yekun vurulur
 
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarına yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutacaq.
 
Turun mərkəzi qarşılaşması paytaxtda baş tutacaq. "Bakı" "İnter"i qəbul edəcək. Daha bir maraqlı qarşılaşma Zaqtalada oynanılacaq. "Simurq" Ağdamın "Qarabağ" klubunu qəbul edəcək. Lənkəranda "Xəzər Lənkəran" AZAL-ı sınağa çəkəcək.
 
"Neftçi" isə rəqib meydanında "Sumqayıt"la üz-üzə gələcək.
 
 
30 noyabr (şənbə)
 
Azərbaycan Premyer Liqası, XV tur
 
“Bakı” – “İnter” 0:1
Qol: Vaqif Cavadov, 56.
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
“Simurq” – “Qarabağ” 0:0
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov
Zaqatala şəhər stadionu.
 
 
“Xəzər Lənkəran” – AZAL 1:1 
Qollar: Elnur Abdullayev, 41 -   Samuel Barlay, 24
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov
Qırmızı vərəqə: Ağabala Ramazanov, 87
“Xəzər Lənkəran” mərkəzi stadionu.
 
 
“Sumqayıt” – “Neftçi” 1:2 
Qolllar: Mirzağa Hüseynpur, 31 -  Kardoso, 21, Mitrevski, 86
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
 

Xəbər xətti