Qurbanov və Çixradze oyun haqqında danışdılar

21:00 - 30 Noyabr 2013

"Stadionun yeni olması da oyunumuza təsir etdi"
 
Premyer Liqanın 15-ci turunda “Simurq” doğma meydanda “Qarabağ”la qarşılaşdı. Qolsuz heç-heçə ilə başa çatan oyun “Qarabağ”ı turnir cədvəlində bir pillə geri saldı – 0:0.
 
Georgi Çixradze: “Çox maraqlı oyun izlədik. Həm bizim, həm də rəqib komandanın qol imkanları oldu. Lakin tərəflərdən heç biri fərqlənə bilmədi”.
 
Qurban Qurbanov: “Çox qol imkanımız olsa da, heç birindən yararlana bilmədik. Komandadan, demək olar ki, razı qaldım. Son dəqiqəyə kimi mübarizə apardıq. Texniki səhvlərimiz də oldu. Stadionun yeni olması da oyunumuza təsir etdi”.

Xəbər xətti