Starric də sıradan çıxdı

23:15 - 30 Noyabr 2013

"Liverpul"da şok itki 
 
İngiltərə “Liverpul”unun forvardı Daniel Starric “Hall Siti” ilə oyunu buraxa bilər.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu məşqdə zədələnərək meydanı tərk edib.
 
Onun sol pəncəsi əzilib. Forvardın zədəsinin ciddilik dərəcəsi bu gün dərin müayinədən sonra məlum olacaq.
 
Xatırladaq ki, bu mövsüm ingilis futbolçu 12 oyuna 9 qol vurub.

Xəbər xətti