La Liqa:"Real" qonağına hörmət etmədi VİDEO

12:06 - 1 Dekabr 2013

"Atletiko"dan səfərdə qələbə qazandı
 
İspaniya La Liqasında 15-ci turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
 
Səfərdə "Elçe"nin qonağı olan "Atletiko" (Madrid) klubu rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi bu görüşə üzərində "Baku-2015" yazılmış forma ilə çıxıb.
 
Madridin digər təmsilçisi "Real" klubu da turu qələbə ilə başa vurub. Doğma azarkeşləri önündə "Valyadolid"lə qarşılaşan "kral klubu" rəqibinə heç bir şans verməyib - 4:0.
 
 
30 noyabr
 
İspaniya La Liqası, 15-ci tur
 
"Elçe" - "Atletiko" (Madrid)  0:2
Qollar: Koke, 63, D.Kosta, 74 
 
"Selta Viqo" - "Almeriya"  3:1
Qollar: Orellana, 26 ,49, Çarles, 59 - Suso,9
 
"Real" (Madrid) - "Valyadolid"  4:0
Qollar: Beyl, 33 ,64, Benzema,64,89
 
"Espanyol" - "Real" (Sosyedad)  1:2
Qollar: Kordoba, 31, Suosi, 88 - Qriezman, 69 
 
 

Xəbər xətti