Diniyevi sevindirəcək xəbər

00:30 - 2 Dekabr 2013

Novruz Məmmədov komanda ilə məşq etdi
 
"Rəvan" Premyer Liqanın 15-ci turunda "Qəbələ"ni qəbul edib.
 
Bu matçda meydan sahiblərinin müdafiəçisi Novruz Məmmədov zədələnərək qarşılaşmanı yarımçıq tərk etmişdi. Vitse-kapitan zədəsi haqqında son məlumatı Sportal.az-a açıqlamasında bildirib:
 
"Ayağımda bir az ağrı var, amma elə də ciddi deyil. Bu gün komanda ilə birlikdə məşqetdim.Ümid edirəm, növbəti oyunlarda komandama kömək edəcəm"

Xəbər xətti