Türkiyə Superliqası: "Trabzonspor" üç xalı üç qolla qazandı VİDEO

02:03 - 2 Dekabr 2013

"Əskişəhirspor" bir xalla kifayətləndi
 
Türkiyə Super Liqasında 13-cü turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, dünən üç oyun baş tutub.
 
"Trabzonspor" evdə "Ərciyyəspor"u məğlub edib. "Əskişəhərspor" isə evdə "Karabükspor"la xalları yarı bölüb.
 
"Qalatasaray" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Bu mövsüm iddialı klublarla baş-başa mübarizə aparan "Kasımpaşa" "sarı-qırmızılar"a da uduzmayıb.
 
Turun son oyunu bazar ertəsi günü keçiriləcək.
 
Türkiyə Super Liqası
13-cü tur
1 dekabr
 
"Trabzonspor" - "Ərciyəsspor"  3:1
Qollar: Maluda, 14, C.Can, 57-öz qapısına, O.Adin, 81 - Y.Öztekin, 59.
 
"Əskişəhərspor" - "Karabükspor"  0:0
 
"Kasımpaşa" - "Qalatasaray"  1:1
Qollar: S.Böyüksal, 11 - B.Yılmaz, 61

Xəbər xətti