Qurban Qurbanov komandasına istirahət vermədi

16:40 - 2 Dekabr 2013

"Qarabağ" kubok üçün başladı

 

"Qarabağ" məşqlərə başladı. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, şənbə günü Premyerliqa çərçivəsində "Simurq"la qarşılaşdıqdan sonra dərhal Bakıya qayıdan komanda istirahətsiz hazırlıqlara start verib. Ölkə kubokunda AZAL-ı qəbul edəcək komandamız günü tək çalışmayla keçirib."Qarabağ" Suraxanı qəsəbə stadionundakı məşqlə kifayətlənib. Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsi tək oyun üzərindən keçiriləcək. Dekabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma 16:30-da start götürəcək.

Xəbər xətti