"Rəqibin futbolçusu qolu əli ilə vurduğunu etiraf etdi" MÜSAHİBƏ

18:13 - 2 Dekabr 2013

Tərlan Quliyev:"Hakim 11 metrlik cərimə zərbəsini verə də bilərdi, verməyə də"
 
"Neftçi" və 21 yaşlılardan ibarət milli komandamızın gənc futbolçusu Tərlan Quliyevin Sportal.az-a müsahibəsi
 
- Sumqayıtda çətin qələbə qazandınız..
- Bizim üçüçn ağır oyun oldu, hava şəraiti bizə istədiyimiz oyunu göstərməyə mane oldu. Ancaq əsas olan üç xal idi və şükürlər olsun onu qazandıq. İlk qolu biz vurduq, "Sumqayıt" hesabı bərabərləşdirdi, lakin onlar topu qapıya əl ilə vumuşdular, oyundan sonra Nurlan Novruzov da bunu etiraf etdi. İkinci qolu vurmaq çətin oldu, ancaq vura bildik.
 
- Digər bir mübahisəli qərar oyunun sonlarında oldu. Komanda yoldaşın topu əli ilə saxlasa da, hakimin fiti susdu..
- Düzdü, orada top Erik Ramosun əlinə dəymişdi, ancaq yüz faizlik penalti deyildi, hakim 11 metrlik cərimə zərbəsini verə də bilərdi, verməyə də. Çünki orada top qapıya tərəf getmirdi, yüz faizlik qol epizodu yox idi.
 
- Uzun müddətdən sonra komandanda əsas heyətdə mübarizə apardın. Çətin olmadı sənə?
- Yox, elə də bir çətinlik olmadı. Həm 21 yaşlılardan ibarət milli komandanın heyətində Makedoniyaya qarşı oynadım, həm də daim məşq dirəm, öz üzərimdə işləyirəm ki, formadan düşməyim.
 
- Qarşıda "Kəpəz" və "Qarabağ"la oyunlarınız var. Bu oyunlardada əsas heyətdəki yerini qoruya biləcəksənmi?
- Digər mərkəz müdafiəçimizin bir oyun cəzası qalıb. Kubok oyununda meydanda şans alacağıma inanıram. Mən meydanda komandam üçün əlimdən gələni edirəm və edəcəm də. Çalışacam, əsas heyətdəki yerimi qoruyum
 
- Hal-hazırda komandan liderdir. Səncə, bu liderlik mövsümün sonuna qədər davam edə biləcək?
- Biz də onu istəyirik. Ardıcılı dördüncü çempionluq uğrunda çalışırıq. Dördüncü çempionluq olsa, pis olmaz.
 
Yusif HÜSEYN

Xəbər xətti