Varvodiç: "Qarabağ"dan ayrılmağımın səbəbi ..."

13:52 - 3 Dekabr 2013

"Qarabağ" karyeramı özüm üçün itirilmiş hesab etmirəm"
 
"Qarabağ" futbolçusu Miro Varvodiçlə yollarını ayırıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılıqlı razılaşma əsasında 24 yaşlı qolkiperlə müqavilə ləğv edilib.
 
Xorvatiyalı oyunçu klubun saytına son açıqlamasında komandadan ayrılmasının səbəbləri haqda danışıb. Bildirib ki, Ağdam təmsilçisində oyunlarda iştirak etmək şansı az olduğu üçün belə bir qərar verib: 
 
"Qarabağ"da 1,5 il möhtəşəm zaman keçirmişəm. İlk dəfə "Köln"dən "Qarabağ"a gələndə klub, ölkə haqqında elə də məlumatım yox idi. Amma geridə buraxdığımız zaman müddətində atdığım addımın doğruluğunu gördüm. Amma eyni zamanda karyeramı düşünməliyəm. Həm Fərhad, həm də Seriç yetərinçə yaxşı qolkiper və yaxşı insandırlar. Mən də oynamaq istəyirəm. Bu səbəbdən klubla görüşdüm və daim oynamaq niyyətimə görə ayrılmaq istədiyimi bildirdim. Sağ olsunlar, məni anlayışla qəbul etdilər. "Qarabağ" karyeramı özüm üçün itirilmiş hesab etmirəm. Ötən mövsüm çempionluğu son anda əldən verdik. Avrokuboklarda əla çıxış etdik. "Qarabağ"da hər kəsə təşəkkür edirəm. Daim bizi dəstəkləyən azarkeşlərimizə çox sağ ol deyirəm. Onları heç vaxt unutmayacam".
 
Qeyd edək ki, Varvodiç ötən il "Qarabağ"la 2 illik müqavilə bağlamışdı.

Xəbər xətti