"Bəzi futbolçulara şans yaratmış oluram"

23:02 - 3 Dekabr 2013

Diniyev kubok oyunundan danışdı
 
Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. "Rəvan” "Qaradağ Lökbatan” ilə qarşılaşcaq. 
 
Sportal.az xəbər verir ki, oyundan əvvəl baş məşqçi Şahin Diniyev klubun rəsmi saytına danışıb: 
 
"Bizi qarşıda gərgin oyun gözləyir. Rəqib I divizionun təmsilçisi olsa da, heyətlərində yetərincə təcrübəli futbolçu var. Həm də divizion təmsilçiləri Premyer Liqa komandalarına qarşı oynayanda daha çox motivasiyalı olur. Bunu hardasa bizim üçün təhlükə saymaq olar. Bununla belə, heyətdə rotasiya ediləcək. Yəni bəzi futbolçulara istirahət verməyi də düşünürəm. Hər halda qarşıda bizi AZAL ilə daha çətin sınaq gözləyir. Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddür. Bununla həm də bəzi futbolçulara özlərini göstərmələri üçün şans yaratmış oluram. Qış fasiləsinə qədər 4 oyunumuz var. Elə sabahkı matçdan başlayaraq uğurlu çıxışa start vermək lazımdır. Mən komandama inanıram”.

Xəbər xətti