AFFA "Neftçi"nin müraciətini yerə salmadı

00:28 - 4 Dekabr 2013

Flavinyo "Qarabağ"la matçda forma geyinəcək
 
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda "Neftçi"nin futbolçusu Flavinyo barədə müraciətə baxılıb.
 
Apellyasiya və Ekspert Komitəsi AFFA-nın İntizam Komitəsinin ötən ayın 26-da çıxardığı qərarı qismən dəyişdirib. Belə ki, Flavinyonun intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılmasına, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunmasına qərar verilib. 6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
 
Qeyd edək ki, "İnter"lə oyunda qırmızı vərəqə alan Flavinyo artıq "Sumqayıt" matçını buraxıb. Bu səbəbdən o, "Qarabağ"a qarşı oynaya biləcək.

Xəbər xətti