Turun ən yaxşısı "Neftçi"nin futbolçusu oldu

13:42 - 4 Dekabr 2013

Bruno Bertuççi 15-ci turda fərqləndi
 
Azərbaycan Premyer Liqasında 15-ci turun rəmzi komandası məlumdur.
 
Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
 
Qapıçı : Giorgi Lomaya (İnter);
 
Müdafiəçilər: Yure Travner (Bakı), İdan Vaytsman (Simurq), Manuel Skarlatake (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ);
 
Yarımmüdafiəçilər: Bruno Bertuççi (Neftçi), Mzee Patrik Osiako (Simurq), Nizami Hacıyev (Qəbələ), Marinaldo Silva (Qarabağ);
 
Hücumçular: Draqan Çeran (Simurq), Yannik Kamanan (Qəbələ).
 
Ötən tur “Xəzər Lənkəran” topa sahib olmada, dəqiq ötürmələrdə, topa yiyələnməkdə və rəqibi aldadıcı hərəkətlə keçməkdə bütün komandalardan üstün olub. 15-ci turda rəqib qapısına ən çox zərbə endirən və hücumlar təşkil edən “Neftçi”dir. Paytaxt təmsilçinin futbolçuları təkbətək mübarizələrdə də uğurlu olsalar da, digər komandalarla müqayisədə ən çox top itkisinə yol veriblər.
 
Rəqib qapısına ən çox zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına ən çox dəqiq ötürmə verən isə Alvaro Silvadır (Xəzər Lənkəran). Hava mübarizələrində Yannik Kamanan (Qəbələ) hamıdan yaxşı olub. “Sumqayıt”lı Mirzağa Hüseynpur isə oyun ərzində ən çox top itikisinə yol verən futbolçudur.
 
Turun ən yaxşı futbolçusu “Neftçi”nin braziliyalı oyunçusu Bruno Bertuççidir.
 

Xəbər xətti