"Qarabağ"növbəti mərhələdə

18:21 - 4 Dekabr 2013

Komandaların üçüncü dueli
 
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, bu mərhələnin ən maraqlı qarşılaşması Tofiq Bəhramov adına Republika stadionunda baş tutacaq. "Qarabağ" - AZAL dueli saat 16:30 start götürəcək.
 
Bu mövsüm komandalar iki dəfə qarşılaşıblar, iljk oyunda Qurban Qurbanovun yetirmələri minimal fərqlə (1:0) məğlub olmuşdular. İkinci dueldə isə qalib müəyyənləşməmişdi.(1:1)
 
"Qarabağ" - "AZAL 1:0
Qol: Reynaldo,78
 
 
Dəq 1: Oyun başladı
Dəq 13: Leroyun cərimə meydançasına ötürdüyü topu rəqibin müdafiəçiləri uzaqlaşdırdı
Dəq 20: "Qarabağ" oyuna nəzarəti əlində saxlayır
Dəq 26: "Qarabağ"ın futbolçusu Kapolonqo sarı vərəqə ilə cəzalandırıldı
Dəq 36: Oyun meydanın mrkəzində keçir
Dəq 40: İbakoyenin başla vurqduğu top az fərqlə qapıdn aralı keçdi
Dəq 41: Maksim Medvedevin vurduğu topu rəqib müdafiəçilər uzaqlaşdırdı
İlk Hissə başa çatdı
Dəq 46: İkinci hissə start götürdü
Dəq 50: AZAL-ın təhlükəli hücumunda müdafiəçilər vaxtında topu uzaqlaşdırdılar
Dəq 53: Leroyun ötürməsində Muarem baş ilə qapıya zərbə endirsə də, top qapıdan  aralı keçdi
Dəq63: AZAL-ın heyətində Saşa Şamanayev Maksim Medvedyevə etdiyi  kobudluqdan sonra qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılır
Dəq 65: İki dəyişiklik birdən: İki brziliyalı Reynaldo və Çumbinyo meydana daxil olur, Ulrix Kapolonqo və Namiq Yusifov meydanı tərk edirlər.
Dəq 71: Oyun meydanın mərkəzində gedir
Dəq 75: Qara Qarayevin zərbəsi top qapıdan aralı keçir
Dəq 78: Muarremin zərbəsi qapıçı mükəmməl raksiya ilə topu dəf edir
Dəq 79: Qooooolll!!! Reynaldonun zərbəsi , qapıçı sadəcə topa baxır
Dəq 88: "Qarabağ" müdafiəyə çəkilib, AZAL hücumlarını davam etdir
Dəq90 Oyuna üç dəqiqə əlavə edildi
Matç bitdi. Növbəti mərhələyə yüksələn tərəf "Qarabağ"

Xəbər xətti