"Son dəqiqədə buraxdığımız qolla məyus olduq"

18:00 - 4 Dekabr 2013

Elşən Abdullayev:"Anar Nəzirovun yoxluğu hiss olunmadı"
 
"Bu gün pis oynamadıq, futbolçularımız meydanda əllərindən gələni etdilər. Lakin son dəqiqədə buraxdığımız qolla məyus olduq. Artıq bu oyunu unudub çempionat oyunlarına fikir verməliyik"
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın gənc futbolçusu Elşən Abdullayev "Bakı" ilə kubok oyunundan sonra bildirib. O, komandanın əsas qapıçı Anar Nəzirovun oynamamasına da münasibət bildirib:
 
"Sözsüz, Anar komandanın əsas üzvlərinən biridir. Amma bu gün Tərlan Anarın yoxluğunu meydanda hiss etdirmədi"

Xəbər xətti