"İnanıram ki, kuboku “Neftçi” qazanacaq”

21:57 - 4 Dekabr 2013

Məmmədov:"Reallıq odur ki..."
 
“Reallıq odur ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə komandalarımız arasındakı oyunlar derbi kimi sayılırdı. İndi vəziyyət o cür olmasa da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım".
 
Sportal.az xəbər verir ki,  bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan kubokunun 1/8 finalında "Neftçi" ilə oyundan (0:1) sonra deyib.
 
O, bu cür oyuna görə komandasına təşəkkürünü bildirib: "Rəqibi qələbə qazanması münasibəti ilə təbrik edirəm. İnanıram ki, kuboku “Neftçi” qazanacaq”.

Xəbər xətti