Qurban Qurbanov:"Oyunda bizə də qarşı səhv qərarlar verildi"

12:15 - 5 Dekabr 2013

"Bu oyunda qərəzli bir şey yox idi"
 
Dünən "Qarabağ" - AZAL matçından sonra qonaq komandanın baş məşqçisi Vaqif Sadıqov mətbuat konfransında matçdakı qırmızı vərəqənin olmamasını vurğulayıb və meydanda hakimlərin qərəzli qərar verməməsini istəyib.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu fikirə Sportal.az-a açıqlamasında münasibət bildirib:
 
"Məncə, qərəz hər oyunda olar, ya da heç olmur. Bu oyunda qərəzli bir şey yox idi. Oyunda bizə də qarşı səhv qərarlar verildi. Buna görədə sadəcə onu demək olar ki, fikirlər müstəqildir"

Xəbər xətti