"İnter" üç futbolçusu ilə yollarını ayırır

00:21 - 6 Dekabr 2013

Qardaşlardan biri geri göndərilir
 
Paytaxtın "İnter" klubu qışda bir neçə futbolçuya qapını göstərəcək.
 
Sportal.az xəbər verir ki, "bankirlər"in gürcüstanlı baş məşqçisi Kaxabar Sxadadze yay transferində heyətə qoşulan, lakin ümidləri doğrultmayan makedoniyalı hücumçu Naumoski İlço, İtaliyalı yarımmüdafiəçi Meza Kolli Derlis, eləcə də bir müddətdir ki, paytaxt klubu üçün tər tökən bolqar forvard Daniel Genovu yanvarda komandadan göndərəcək. 
 
Bank klubunun qış transferindəki ilk hədəfi hücumçu transfer etməkdi.
 
idmanxeber.com

Xəbər xətti