"Qarabağ" derbi üçün başladı

15:12 - 6 Dekabr 2013

Admir Teli məşqlərdə işirak etmir
 
Premyer Liqanın 16-cı turu çərçivəsində öz meydanında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" klubu bu oyunun hazırlıqlarına dərhal başlayıb. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda məşqlərini Tofiq Bəhramov adına respublika stadionunda keçir. 
 
Admir Teli isə barmağındakı zədə səbəbindən hələ də komandaya kömək edə bilmir. 
 
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı dekabrın 8-də, saat 18:00-da start götürəcək.

Xəbər xətti