"Qalatasaray"ın ulduzu:"Burada özümü xoşbəxt hiss etmirəm"

15:30 - 6 Dekabr 2013

Droqba komandadan ayrıla bilər
 
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba müqaviləsini uzatmaq istəmir. 
 
 
Sportal.az xəbər verir ki, Droqba rəhbərliyin ona təqdim etdiyi yeni müqaviləyə imza atmağa tələsmir. Təcrübəli futbolçu bu mövsüm klubunda baş verən xoşagəlməz hadisələrdən narahat olduğunu dilə gətirtib: “Xoşbəxt deyiləm. “Qalatasaray”ın nümayiş etdirdiyi oyun ürəyimcə deyil. Ötən il hər şey qaydasında idi. İstər Çempionlar Liqasında, istərsə də, Super Liqada işlər yaxşı gedirdi. Lakin bu mövsüm özümü xoşbəxt hiss etmirəm. Ona görə də digər klublardan gələn təklifləri dəyərləndirəcəm”

Xəbər xətti