"Sumqayıt"a bir şad, bir bəd xəbər

23:37 - 6 Dekabr 2013

Komanda "Bakı" ilə matçın hazırlıqlarını davam etdirir
 
Azərbaycan kubokunda "Bakı" ilə qarşılaşmış "Sumqayıt",  Premyer Liqanın 16-cı turunda yenidən bakılıları qonaq edəcək.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda hazırlığını davam etdirir.
 
Axşam baş tutan məşqdə qapıçı Tərlan Əhmədli zədəli olduğu üçün iştirak etməyib. Zədəsini sağaltmış Aleksandr Çertoqanov isə artıq komanda ilə birlikdədir.
 
Xatırladaq ki, "Sumqayıt" - "Bakı" oyunu dekabrın 8-də 17:00-da Sumqayıt klubunun yeni meydanında keçiriləcək.

Xəbər xətti