"Kamran Ağayevlə rəqabətdən çəkinmirəm" MÜSAHİBƏ

16:00 - 7 Dekabr 2013

"Səhvlər etsəm də, o həmişə arxamda dayandı"
 
"Bakı"nın gənc qapıçısı Elxan Əhmədovun Sportal.az-a müsahibəsi
 
- "Sumqayıt"la kubok oyunu haqqında danışardın...
- Bizim üçün çox vacib oyun idi, çox ciddi hazırlaşmışdıq. “Sumqayıt” müdafiədə yaxşı oynayan komandadır, son dəqiqələrdə  qol vursaq da, mərhələni keçə bildik.
 
- Son 6-7 oyundur qapını sən qoruyursan. İlk olaraq baş məşqçinin bu qəarını gözləyirdin?
- Düzünü desəm gözləmirdim. Amma o, mənə həmişə şans verəcəyini deyirdi. Mən heç bir oyunda Premyer Liqada oynamamışdım, o mənə güvəndi. İnanmıram ki, başqa məşqçilər belə addım atsın. Səhvlər etsəm də, o həmişə arxamda da dayandı. Əgər ən Azərbaycan futboluna nəsə köməklik etsəm, onun sayəsində olacaq. Çünki istər məşqlərdə, istərsə də oyunlarda mənə çox kömək edib.
 
- Pantiç mətbuat konfranslarında səni oynatdığına görə mətbuatın hədəfinə tuş gəlmişdi. Bu barədə nə deyə bilərsən?
- Bilirəm ki, hər mətbuat konfransında oyundan sonra jurnalistlər sual verir ki, “Niyə Elxan Əhmədovu oynadırsınız? . Mənə də maraqlıdır ki, mən xarici vətəndaşam?, oynamağıma etiraz edirsiniz. Mən azərbaycanlıyam, xarici məşqçinin azərbaycanlı cavanları oynatmağının nəyi pisdir ki? Özümüz özümüzə dayaq olmalıyıq.
 
- Bu müddətdə çərçivəni qoruduğun oyunları necə dəyərləndirirsən? Məsələn ilk oyunun olan AZAL-la matçdakı Elxan Əhmədovla “Sumqayıt”la son matçındakı Elxan Əhmədov arasında nə fərqlər var?
- AZAL-la qarşılaşma Premyer Liqada ilk oyunum idi, təbii ki, həyəcan var idi, amma mən də əlimdən gələni etdim. “Sumqayıt”la oyuna kimi isə daha 6 oyunda yer almışdım. Daha rahat idim, çox çalışmalı olduğum məqamlar var, bunları da zamanla aradan aldıracağıma inanıram. Mən azərbaycanlıyam, axı xarici məşqçinin azərbaycanlı cavanları oynatmaq istəməsinin nəyi pisdir?. Biz özümüz-özümüzə dayaq olmalıyıq. 
 
- Artıq Kamran Ağayev zədəsini sağaldır. Şübhəsiz Azərbaycanın ən güclü qapıçılarından biri də odur. Onunla rəqabətdən çəkinmirsən?
- Yox, heç bir rəqabətdən çəkinirəm. Kamran həqiqətən Azərbaycanın ən güclülərdəndir, mən də buna görə öz üzərimdə çox işləməliyəm. Mənim üstünlüyüm odur ki, məşqlərdə 3 güclü qapıçı ilə çalışıram və onlardan çox şey öyrənirəm. Öyrəndiklərimdən də istifadə edib artırmalıyam.
 
- Oyun təcrübəni artırmaq üçün daimi oynadığın bir komandaya getməyi düşünmürsən?
- Yox belə bir şeyi fikirləşmirəm. Çünki baş məşqçimiz elə məşqçidir ki, kim çox məşq edir, kim daha istəklidirsə, ona şans verir. Hər şey insanın öz əlindədir. Çox çalışmalıyam ki, oynaya bilim.
 
- Meydanda azarkeşlər səni “25” nömrə altında görür. Bunun xüsusi bir önəmi var səninçün?
- Yox məşqçinin qərarıdır
 
- Bəzən oyunlarda rəqib komandanın azarkeşləri sənin cavan və daha az təcrübəli olduğunu bilərək, sənnə qarşı şüarlar səsləndirirlər. Belə şeylər sənə təsir edir?
- Əlbəttə ki, yox. Oyundan asılı olmayaraq azarkeşləri eşitməməyə çalışıram. Mənə nəsə deməkləri onların işidir, mən isə oyunda öz işimlə məşğul oluram. 
 
- Bu mövsüm “Bakı” qeyri-stabil oyun göstərir, bir oyun qalib gəlir, digərində məğlub olur. Bunu nə ilə izah edərsən?
- Biz yaxşı kollektivə malik bir komandayıq. Bəzi oyunlarda da yaxşı oynayır, ancaq qələbəyə bəxtimizin olmamamsı mane olur. Oyunların çoxunda üstün tərəf bizik, sadəcə komandaya bir az bəxt lazımdır.
 
- Sabah iki gündən sonra Premyer Liqada “Sumqayıt”la qarşılaşacaqsınız. Sumqayıt öz küləyi ilə bir neçə qapıçıya problem yaradıb.
- Düzdür, dəniz qırağı küləkli olur.  Küləkli hava da olsa, çıxıb öz oyunumuz oynayacağıq.
 
- Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Xal baxımından olduqca geridəyik, amma qarşıda hələ 21 turluq marafon var. Hər şey öz oyunumuzdan asılıdır. Bizim əsas hədəfimiz çempionluqdur.
 
Yusif HÜSEYN
 

Xəbər xətti