Ruslan Abışov oynamadı, komandası bir xalla kifayətləndi

00:55 - 8 Dekabr 2013

Baş məşqçi  Abışovun adını bu görüşün iştirak ərizəsinə daxil edib
 
Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın "Rubin" də növbəti matçına çıxıb.
 
Kazan təmsilçisi səfərdə Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə bitib.
 
Abışovun bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kurban Berdıyev onun adını bu görüşün iştirak ərizəsinə daxil edib. Lakin futbolçu sonadək ehtiyatda qalıb.
 
"Rubin" geridə qalan turlarda 24 xal toplayıb və hazırda 10-cu pillədə qərarlaşıb.Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın "Rubin" də növbəti matçına çıxıb.

Xəbər xətti