Superliqa:"Fənərbaxça" adətini pozmadı, son dəqiqələrdə qələbə qazandı VİDEO

01:20 - 8 Dekabr 2013

"Kasımpaşa" səfərdən bir xalla döndü
 
Türkiyə Superliqasında 14-cü turun növbəti oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Səfərdə "Antalyaspor"un qonağı olan "Kasımpaşa" klubu yenə xal itkisi ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1.
 
Superliqanın hazırki lideri "Fənərbaxça" klubu isə səfərdə "Rizespor"un qonağı olub. Fasiləyə 1:1 hesabı ilə yollanan komandaların duelində ikinci hissədə bir qol olub. Matçın 83-cü dəqiqəsində ikinci qolu vuran "Fənərbaxça" liderliyini bir qədər möhkəmlədib - 2:1.
 
7 dekabr
Türkiyə Superliqası
14-cü tur
 
"Antalyaspor" - "Kasımpaşa" 1:1
Qollar: Vederson, 64 - Büyüksal,55
 
"Rizespor" - "Fənərbaxça"  1:2
Qollar: Kveuke, 11 - Kristian, 45+1, Vebo, 83 

Xəbər xətti