"Qarabağ" "Neftçi"ni məğlub edərək liderliyi ələ keçirtdi YENİLƏNİB

19:49 - 8 Dekabr 2013

Şahin Diniyev "Rəvan"la Premyer Liqada ilk qələbəsini qazanmaq istəyir
 
Bu gün Premyer Liqada 16-cı turun oyunların start veriləcək.
 
Sportal.az xəbər verir ki, turun bütün oyunları bu gün baş tutacaq.
 
Turun açılış matçı Qəbələdə keçiriləcək. Burada yerli komanda "Simurq"u sınağa çəkəcək. Bölgə komandaların dueli saat 14:00-da start götürəcək.
 
Paytaxtın digər təmsilçisi "Bakı" klubu bu tur Sumqayıta səfər edəcək. "Zolaqlılar" autsayderlə görüşdən 3 xalla ayrılmağa çalışacaq. 
Turun mərkəzi görüşü isə "Qarabağ" və "Neftçi" komandaları arasında baş tutacaq. Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüşdə qələbə qazanacaq komanda turu lider kimi başa vuracaq. Azərbaycan çempionatının derbisi hesab olunan "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da başlanacaq. 
 
 
8 dekabr (bazar)
 
14:00. “Qəbələ” – “Simurq” 2:1 (oyun başa çatıb)
Qollar: Subotiç, 52, 90+2, - Amit Quluzadə (ö.q),63 
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev
Qəbələ şəhər stadionu.
 
16:00. AZAL – “Rəvan”2:1 (oyunbaşaçatıb)
Qol: Şəhriyar Rəhimov, 90, 90+3 - Hüseyn Axundov, 50
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov
“AZAL Arena” stadionu.
 
17:00. “Sumqayıt” – “Bakı” 1:2 (Oyun başa çatıb)
Qol: Alvarez, 3, Kalonas, 60, Alvarez (ö.q) 64,
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
 
18:00. “Qarabağ” – “Neftçi”3:1 (Oyun başa çatıb)
Qol: Reynaldo, 4, 57, Kardoso, 55, Çumbunyo, 72,
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev
Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti