"Fasilədə komandama iradımı bildirdim"

16:55 - 8 Dekabr 2013

Yuri Syomin: "Bu komandaya qol vurmaq çox çətindir"

 

“Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib. Syomin rəqibin oyununa: da diqqət yetirib

 

"İkinci hissədə isə komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq” çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir”.

Xəbər xətti