"Adi bir epizodda Tərlana qıraqdan kimsə nəsə dedi və qol buraxdıq"

20:21 - 8 Dekabr 2013

Nazim Süleymanov:"Əks hücumda bizi tutdular və qalib gəldilər"

 

"Oyun pis alınmadı. Hər iki tərəf yaxşı hücumlar təşkil etdi. Diqqətsizlikdən qol buraxdıq. Sonra yenə də mövqe səhvindən qol buraxdıq. Var idi ki, hakim penal verdi. Olmasaydı verməzdi. "Qarabağ" da ehtiyyat qüvvə daha zəngin idi. Ümumiyyətlə qələbə münasibətilə "Qarabağ"ı təbrik edirəm."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov rəqibi qələbə münasibətilə təbrik edib:

 

"Limitə görə Cavid İmamverdiyev oynamadı. Nfor meydana sonradan girəndə daha effektif alınır. Pis də alınmadı. Futbol 90 dəqiqə diqqət tələb edir. Bir adi səhv nəticəyə təsir edir. Əks hücumda bizi tutdular və qalib gəldilər.

 

Adi bir epizodda Tərlana kimsə nəsə dedi və diqqətsizlikdən qol buraxdıq. Oyunçunu qabaqlamaq üçün tez qərar vermək lazımdır. Siz deyə bilərsiniz ki, məşqçi günahkardı, amma siz deyirsiniz ki, belə eləmə, onda günah kimdədi?"

 

"Qarabağ"da olan ehtiyyat oyunçularına baxın, sonra da bizə baxın. Çatışmayan cəhətlər var və bunların üzərində işləməliyik."

Xəbər xətti