" Nəticədən razı deyiləm, amma komandanın oyunundan razıyam"

23:00 - 8 Dekabr 2013

Aqil Məmmədov:"Komandam uduzmaq istəmir, qələbəyə oynayırdıq"
 
Premyer Liqanın 16-cı turunda Sumqayıtda eyniadlı komandanın qonağı olan “Bakı” rəqibini 2-1 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov bu münasibətlə oyunsonrası bunları söyləyib.
 
"Maraqlı oyun getdi. Hiss olunurdu ki, komandam uduzmaq istəmir, qələbəyə oynayırdıq. Hava şəraiti də oyuna təsir etdi. Nəticədən razı deyiləm, amma komandanın oyunundan razıyam".

Xəbər xətti