"Qarabağ" daha yaxşı oynadı və qələbə qazandı"

23:40 - 8 Dekabr 2013

Şükürov:"Bu yuxarıda oturanların öz işidir"
 
"Neftçi"nin kapitanı Mahir Şükürov "Qarabağ"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, Şükürov ilk öncə oyun haqda bunları deyib:
 
"Çətin oyun keçdi. Bizim də imkanlarımız oldui. Ancaq bu gün "Qarabağ" daha yaxşı oynadı və qələbə qazandı. Hakimlik haqda heç nə deməyəcəm. Hər kəs gördü".
 
"Ağ-qaralar"ın üzvü benzin artımı ilə bağlı yayılan açıqlamanın ona aid olmadığını deyib: “Mən elə bir açıqlama verməmişəm. Bu yuxarıda oturanların öz işidir. Bunun bizə aidiyyatı yoxdur. Mətbuatda haqqımda yayılan fikirlərin hamısı səhvdir”.

Xəbər xətti