"Liderliyi müvəqqəti "Qarabağ"a vermişik"

15:00 - 9 Dekabr 2013

İmamverdiyev:"Çempion qışda yox, yayda bilinir"
 
Dünən Premeyer Liqanın 16-cı turunda "Qarabağ" "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.
 
Bu qarşılaşmadan sonra "Neftçi"nin hücumçusu Cavid İmamaverdiyev oyun haqqında fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"Biz bu gün öz oyunumuzu oynaya bilmədik. "Qarabağ" çox güclü rəqibdir, xüsusən də topla rəqibə oynamağa imkan vermir. Onların maksimum yaranmış qol fürsətlərindən istifadə etdilər. Həqiqətən, "Qarabağ" yaxşı oynadı və qələbəyə də layiq idi. Bizlə müqayisədə onlar daha istəkli idilər. Digər tərəfən də rəqibə daha yaxın oynamırdıq. Hakimin penalti qərarına münasibət bildirmək istəmirəm. Klub prezidenti oyundan sonra bizə dəstək verdi, bu məğlubiyyətə görə ruhdan düşməməyə çağırdı. Liderliyi müvəqqəti "Qarabağ"a vermişik, hələ qarşıda iki tur var. Qış çempionu kim olcağını iki turdan sonra görərsiniz. Çempion qışda deyil, yayda bilinir".

Xəbər xətti