"Beşiktaş" "Sivasspor"la bacarmadı VİDEO

02:05 - 10 Dekabr 2013

"Əskişəhərspor" səfərdən üç xalla döndü
 
Türkiyə Superliqasında XIV turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
 
“Beşiktaş” evdə “Sivasspor”u qonaq edib. İstanbul təmsilçisi erkən qolla önə keçsə də hesabı sona qədər qoruya bilməyib və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. “Əskişəhərspor” isə səfərdə “Ərciyəsspor”u 2 cavabsız qolla məğlub edib.
 
 
Türkiyə Superliqası, XIVtur
9 dekabr
 
“Beşiktaş” – “Sivasspor”  1:1
Qollar: Almeyda, 5 – da Kosta, 71
 
“Ərciyəsspor” – “Əskişəhərspor”  0:2
Qollar: Anqelov, 77, Özgür Cek, 90

Xəbər xətti