Millimizin hansı heyətlə toplanış edəcəyi bilinmir

16:01 - 10 Dekabr 2013

19 yaşlılardan ibarət yığma komandamız Bakıda bir araya gələcək
 
2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı təşkil olunacaq. Yığmamızın üzvləri dekabrın 27-də laktat testi verəcək.
 
Sportal.az xəbər verir ki, toplanışa dəvət olunacaq futbolçuların siyahısı isə hələlik məlum deyil.

Xəbər xətti