Millimizin futbolçusu "Fortuna"da debüt etdi

16:24 - 10 Dekabr 2013

"Hazırda sevincdən özümdə deyiləm"
 
"Oyundan əvvəl elə əsəbi idim. Çünki qarşılaşma başlamamışdan əvvəl mədəmdə problem var idi".
 
Sportal.az xəbər verir ki, bu sözlər 21 yaşadək futbolçulardan ibarət millimizin və Düsseldorf “Fortuna”sının üzvü Tuğrul Erat deyib.
 
Dünən “Kayzerslautern”lə oyunda “Fortuna”nın əsas komandasında debüt edən və 90 dəqiqə oynayan yarımmüdafiəçi klubun rəsmi saytına fikirlərini bildirib: "Arxamda çıxış edən Tobias Levels mənə ilk oyunumda çox yardım etdi. O, irəli getməyim və ya geri qayıtmağım üçün məni yönləndirdi. Bu, əsas komandada ilk oyunum idi. Ümid edirəm ki, qarşıdakı görüşlərdə də çıxış edəcəyəm. Hazırda sevincdən özümdə deyiləm".

Xəbər xətti