Nazim Süleymanovun da "torbası" belə tikilir

12:51 - 11 Dekabr 2013

Baş məşqçi üçün son şans
 
Son turda "Qarabağ"a uduzaraq liderliyi rəqibinə verən "Neftçi" baş məşqçisi Nazim Süleymanovu göndərməsi ilə bağlı mətbuatda xəbərlər dolaşır.
Süleymanovun istefası komandanın uğursuz çıxışı ilə bağlıdı. Əslində yarımçıq işi götürərək, bu yükün altına girən Süleymanov artıq "Neftçi"də istənilmir. Bunun məntiqi nəticəsi kimi onun üçün "Qəbələ" ilə matç sonuncu ola bilər.
 
Sportal.az xəbər verir ki, kub prezidenti Sadıq Sadıqov artıq çalışdırıcıya son şans verib. Belə ki, "Qəbələ" ilə oyunda alınacaq daha bir yenilgi Nazim Süleymanovun postundan getməsi ilə nəticələnə bilər.
"Neftçi" Süleymanovun rəhbərliyi altında 6 oyunda 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət (kubok oyunu xaric) alıb.
 
idmanxeber.com

Xəbər xətti