"Qəbələ"nin Braziliyaya gedəcəyi heyət məlum oldu

15:40 - 11 Dekabr 2013

Bölgə klubu Brazilyaya yollanır
 
“Qəbələ”nin 17 yaşlı futbolçularından ibarət komandası dekabrın 15-dən 21-dək Braziliyada  keçiriləcək "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edəcək.
 
Sportal.az klubun rəsmi saytına xəbər verir ki, yarış Braziliya Federativ Respublikasının Parana ştatının Araponqas şəhərində təşkil olunacaq.
 
Komanda səfərə dekabrın 12-də Bakı - İstanbul - San Paulu - Londrina reysi ilə çıxacaq. Turnirə iki gün əvvəldən getməkdə məqsəd yerli mühitə uyğunlaşmaqdır. 
 
Akademiya direktoru Stenli Brardın başçılıq etdiyi kollektiv Cənubi Amerikaya bu futbolçu heyəti ilə yola düşür:
 
1. Turxan Həsənov (qapıçı), 2. Elnur Orucov - (qapıçı, 1998), 3. Toğrul Məhəmmədbəyli (qapıçı), 4. Bəhlul Mustafazadə  (müdafiəçi), 5. Çingiz Hüseynov (müdafiəçi), 6. Sahil Mirzəyev (müdafiəçi), 7. Ayxan Əsədov (müdafiəçi), 8. Mirəli Məmmədzadə (müdafiəçi), 9. Yusif Nəbiyev (müdafiəçi), 10. Elmiz İsmayılov (müdafiəçi), 11. Hacıağa Hacıyev (yarımmüdafiəçi, 1998), 12. Fərid Məmmədov (yarımmüdafiəçi), 13. Tural Məmmərzəyev (yarımmüdafiəçi), 14. Əli Səmədov (yarımmüdafiəçi ), 15. Emin Zamanov (yarımmüdafiəçi), 16. Baxşəli Baxşalıyev - yarımmüdafiəçi, 1998,), 17. Rövlan Muradov (yarımmüdafiəçi, 1998), 18. Əziz İsmayılov (hücumçu), 19. Ramiz Məmmədzadə (hücumçu), 20. Roman Hüseynov (hücumçu), 21. Ülvi İsgəndərov (hücumçu), 22. Muxtar Əliyev (hücumçu).
 
Oyunlar Bələdiyyə Stadionunda (Estadio Municipial) və “Laranya Mekanika Stadionunda keçiriləcək. Turnirin açılış matçında “Qəbələ” meydan sahibi “Laranya Mekanika” ilə üz-üzə gələcək. Yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq: 
 
A qrupu:
“Laranja Mekanika”, “Palmeyras” (hər ikisi Braziliya), “Əl Əhli” (BƏƏ), “Qəbələ”
 
B qrupu:
“Kuritiba”, “Flamenqo”, “Londrina” (hamısı Braziliya), “Mohammed IV” Futbol Akademiyası (Mərakeş)
 
Turnirin təqvimi belədir:
 
15.12.2013 
17:00. “Laranya Mekanika” - “Qəbələ”
 
16.12.2013
09:00. “Kuritiba” - “Mohammed IV”
10:45. “Londrina” - “Flamenqo”
19:00. “Əl Əhli” - “Palmeyras”
 
17.12.2013 
09:00. “Mohammed IV” - “Flamenqo”
10:45. “Kuritiba” - “Londrina”
17:00. “Qəbələ” - “Palmeyras”
19:00. “Laranya Mekanika” - “Əl Əhli”
 
19.12.2013
09:00. “Mohammed IV” - “Londrina”
10:45. “Flamenqo” - “Kuritiba”
17:00. “Qəbələ” - “Əl Əhli”
19:00. “Palmeyras” - “Laranya Mekanika”
 
20.12.2013
09:00. A1 - B2
10:45. A2 - B1
17:00. A4 - B4
19:00. A3 - B3
 
21.12.2013
10:45. Final
 
Sonda qeyd edək ki, "Laranya Mekanika Beynəlxalq Kuboku” turniri eyni zamanda işgüzar xarakter daşıyacaq. Belə ki, “Qəbələ” futbol akademiyasının direktoru Stenli Brard dekabrın 18-də yerli mütəxəssislər və turnir iştirakçıları üçün seminar keçirəcək.

Xəbər xətti