Millimiz AVRO-2016-ya beşinci səbətdən qatılacaq

15:47 - 11 Dekabr 2013

Rusiya 1-ci, Türkiyə 3-cü səbətdə
 
Avropa yığmalarının Avro-2016-nın təsnifat mərhələsinin püşkatması zamanı yer aldığı səbətlər və onların tərkibi məlumdur.
 
Sportal.az xəbər verir ki, bu format, UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.
 
Püşkatma mərasimi isə 2014-cü ilin fevral ayının 23-də Fransanın Nis şəhərində keçiriləcək. Azərbaycan yığması beşinci səbətdə yer alıb.
 
Səbətlərin tərkibi:
 
1-ci səbət: İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina;
 
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
 
3-ci səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya;
 
4-ci səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
 
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
 
6-ci səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.

Xəbər xətti