"Barsa" Messisiz darmadağına imza atdı, "Napoli" ÇL-i tərk etdi

01:46 - 12 Dekabr 2013

"Borussiya" son dəqiqələrdə sevindi
 
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə keçiriləcək daha 8 qarşılaşmadan sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 final mərhələsinə yüksələcək bütün komandalar məlum olacaq.
 
E qrupunun lideri "Çelsi" öz meydanında "Styaua"nı qəbul edəcək. "Bazel" səfərdə "Şelke"nin müqavimətini qırmağa çalışacaq.
 
F qrupunda Dortmund "Borussiya"sı "Marsel"in qonağı olacaq. Digər görüşdə "Arsenal" səfərdə "Napoli" ilə üz-üzə gələcək.
 
G qrupunun lideri "Atletiko" Madriddə "Porto"nu sınağa çəkəcək. "Zenit" Avstriyanın "Austriya" klubu ilə görüşəcək.
 
H qrupunda "Milan" doğma meydanda "Ayaks"ı üstələməyə çalışacaq. "Barselona" isə "Seltik"i qəbul edəcək.
 
Çempionlar Liqasının qrup mərhələsi VI tur
 
11 dekabr
 
E qrupu
 
"Şalke" (Almaniya) - "Bazel" (İsveçrə)  2:0 
Qollar: Draksler, 51, Matip, 57
 
"Çelsi" (İngiltərə) - "Styaua" (Rumıniya) 1:0 
Qol: Georgievski, 10 (avtoqol)
 
F qrupu
 
"Marsel" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)  1:2
Qollar: Diavara, 14 - Levandovski, 4, Qroskreutz,87
 
"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)  2:0
Qollar: İquain, 74, Kallexon,90+2
 
G qrupu
 
"Atletiko" (Madrid, İspaniya) - "Porto" (Portuqaliya)  2:0 
Qollar: Qarsiya, 14, Koşta, 37
 
"Avstriya" (Avstriya) - Zenit" (Rusiya)  4:1
Qollar: Hosner, 44; 51, Tomas, 48, kienast,90+3- Kerjakov, 35
 
H qrupu
 
"Milan" (İtaliya) - "Ayaks" (Hollandiya)  0:0 
 
"Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya)  6:1
Qollar: Pike, 7, Pedro, 40, Neymar, 44; 48; 58, Telyo, 72 - Samaras,88

Xəbər xətti