"Qəbələ"nin futbolçusu Türkiyə yolunda

13:20 - 12 Dekabr 2013

Rail Məlikov İstanbuldadır
 
“Qəbələ”nin müdafiəçisi Rail Məlikov İstanbula yollanıb.
 
Sportal.az xəbər verir ki, səfərin məqsədi ağır zədədən sonra bərpa prosesinin davam etdirilməsidir.
 
Rail bir həftəyə yaxın Türkiyədə qalacaq və gündə beş saat məşq prosesi keçəcək. Məlikovun komanda ilə birgə tam məşqlərə qayıtması növbəti ilin yanvar ayına nəzərdə tutulub.
 
Qeyd edək ki, Rail Məlikov üç ay qabaq məşqlərin birində zədələnmişdi.

Xəbər xətti