Sneyder:"Hər dəfə azarkeşlərə açıqlama vermək məcburiyyətində qalıram"

17:42 - 12 Dekabr 2013

"Qalatasaray"da özümü yaxşı hiss edirəm" 
 
"Açığı, mən də sizin qədər bilirəm. Özümlə bağlı çıxan xəbərləri gördüm. Hazırda "Mançester Yunayted"ə keçidim gündəmdə deyil. Daha öncə də digər klublarla adım hallanmışdı. Ancaq bu xəbərlər bəzən məni məyus edir. Hər dəfə azarkeşlərə açıqlama vermək məcburiyyətində qalıram". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyder gələn ay "Mançester Yunayted"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
 
Komandasına "Yuventus" üzərində qələbə qazandıraraq Çempionlar Liqasında 1/8 finala çıxaran hollandiyalı ulduz futbolçu sözlərinə belə davam edib:
 
"Türkiyədə azarkeşlər çox emosionaldılar. "Qalatasaray"da özümü yaxşı hiss edirəm və Çempionlar Liqasında yolumuza davam etmək istəyirəm. Əlbəttə, gələcəkdə nələr olacağını deyə bilmərəm, ancaq hazırda "Qalatasaray"da xoşbəxtəm".

Xəbər xətti